"Forbes"un versiyasına əsasən, "La-la-lend" filmindəki roluna görə, "Oskar" mükafatı alan amerikalı aktrisa Emma Stoun 2017-ci ilin ən yüksək gəlirli aktrisası seçilib.

Unikal.org-un "trendə istinadən məlumatına görə, Emma Stoun son 12 ay ərzində 26 milyon dollaq gəlir qazanıb.

Reytinqdə 2-ci yerdə "Dostlar" teleserialının ulduzu amerikalı aktrisa Cenifer Eniston qərarlaşıb. Onun son 12 ay üçün əldə etdiyi gəlir 25,5 milyon dollar təşkil edir.

3-cü pillədə "Ac oyunlar" filmində əsas rolda oynayan Cenifer Lourens qərarlaşıb və onun 12 aylıq gəliri 24 milyon dollar təşkil edib.

Dünyada ən çox qazanan aktrisaların 5-liyinə tanınmış aktrisa Melissa Makkarti (18 milyon dollar) və Mila Kunis də (15,5 milyon dollar) daxil olublar.