ABŞ-ın Oreqon ştatında təyyarə qəzası baş verib.

Bu barədə "Gazeta" "The Weather Channel"-ə istinadən xəbər yayıb.

Cefferson dairəsinin şerifi Cim Adkinin sözlərinə görə, hadisə yerli vaxtla gecə saat 2-də, Madras bələdiyyəsi aeroportunun cənubunda olub. Xəbərdə bildirilir ki, hadisə vaxtı təyyarədə bir pilot və sərnişin olub. Onların ikisi də qəza zamanı həlak olub.

Təyyarə yerə endikdən sonra alışıb.