Müğənni İzzət Bağırzadənin bacısı oğlu Tahir bir vaxtlar oxuduğu mahnılarla gündəmə gəlmişdi.

Unikal.org Axşam.az-a istinadən xəbər verir ki, Tahir iki il bundan əvvəl bir çox televiziya verilişlərində müğənni kimi qonaq olmuşdu. Tahir hətta "Azərbaycanın səsi layihəsinin iştirakçısı kimi də tanınırdı.

Hazırda isə o, sənətdən gedib və bərbər kimi fəaliyyət göstərir.

Qeyd edək ki, İzzət bacısı oğlu haqda açıqlanasında bunları demişdi:

"Tahir mənim böyük bacımın oğludur. Deyirlər, "Yaxşı oğul dayısına bənzəyər". Tahir də mənə oxşayır. Ömür boyu ona dayılıq etmişəm. Musiqi kollecini bitirib. Uşaq yaşlarından atasını itirib. Körpəliyindən anası ilə birlikdə bizimlə qalır. Tahirə böyük övladım kimi baxıram. Onun müğənni olmasına ilk vaxtlar etiraz edirdim. Sonra gördüm ki, xeyri yoxdur. Heç vaxt toylarda onu məsləhət görməmişəm".