Yaponiyanın baş naziri Sindzo Abe yaxın zamanda Tehrana gedəcək.

Unikal.org "Reporta istinadən xəbər verir ki, İran prezidenti Həsən Ruhani onu ölkəsinə dəvət edib.

Həsən Ruhani ilə Sindzo Abe arasınd Nyu-Yorkda BMT-nin Baş Assambleyasının 72-ci sessiyası çərçivəsində görüş olub. Bu görüşdə İran rəsmisi Yaponiyanın hökumət başçısını ölkəsinə dəvət edib və bu təklif qəbul olunub.

Məlumata görə, son 40 ildə Yaponiyanın baş naziri ilk dəfə İrana səfər edəcək. Səfərin tarixi haqqında məlumat verilməyib.