2017-ci ilin bitməsinə 3 aydan az vaxt qalıb. Ancaq Azərbaycan Güləş Federasiyası ili rekordla bitirə bilər.

Unikal.org-un məlumatına görə güləş üzrə əsas yığma komandalarımız ötən ilki medal sayını xeyli qabaqlayıb. Baxmayaraq ki ilin yekununa qədər idmançılarımızı qarşıda güclü yarışlar gözləyir.
Bildirək ki, güləşçiləriniz ötən ilə 255 medalla başa vurmuşdu. Bu il təkcə 9 ayda qazanılan medal sayı 279-dur. Medallardan da 84-ü əsas milli komandaların hesabınadır.

Sərbəst güləş üzrə yığma komandamız 17 qızıl, 10 gümüş, 18 bürünc olmaqla 45 medalı aktivlərinə yazdırıb. Təbii ki, bu mükafatlar sırasında Hacı Əliyevin dünya çempionatından 3-cü dəfə qazandığı qızıl medal da var. 

Yunan-Roma üzrə millimiz isə 6-sı qızıl, 4-ü gümüş, 10-u bürünc olmaqla 20 medal qazanıblar.

Qadınlardan ibarət milli komandamız da yunan-Roma güləşçilərimiz qədər eyni sayd qızıl qazanıb. 6 qızıl, 6 gümüş və 7-si bürünc olmaqla 19 medalı ölkəmizin akivinə yazdıra biliblər.

Aygün İlqarqızı