Türkiyənin ATV kanalında yayımlanan  "Eşkiya dünyaya hükmdar olmaz" serialında baş rol qəhrəmanlarından Deniz Çakırın gedəcəyi iddia edilib.

Unikal.org Türkiyə KİV-nə istinadən xəbər verir ki, aktrisanın serialdakı komanda aktyor və aktrisalarla vidalaşdığı deyilib.

Bir müddət əvvəl Oktay Kaynarcanın sosial şəbəkədə yazdığı "Bəzən yol yoldaşlarımızla yollarımız ayrıla bilər. Bu ayrılıqda gerçək dostluqlar bəlli olur. Kimin kimi hansı səviyyəyə qoyduğu ortaya çıxır" sözləri bu şübhələri artırmışdı.

Çakır jurnalistlərin məsələ ilə bağlı suallarını cavablandırıb. O, "Bəzən deyilən sözlər yanlış başa düşülür. Ayrılıq yoxdur" cavabını verib.