Moskvada Rusiya baş nazirinin müavini Dmitriy Roqozinin mənzili atəşə tutulub. 

Unikal.org-un məlumatına görə, bu  barədə REN TV xəbər verib. İnsidentin oktyabrın 14-də baş verdiyi bildirilir. Məlumata görə, naməlum şəxsin açdığı atəş nəticəsində mənzilin pəncərə şüşələri sınıb. Hadisə nəticəsində zərərçəkən olmayıb. Telekanalın xəbərinə görə, oktyabrın 19-da faktla bağlı cinayət işi açılıb. 
Hələ ki, faktla bağlı rəsmi açıqlama verilməyib.