Müğənni Cennifer Lopez qonaq olduğu proqramlardan birində maraqlı açıqlamalar verib.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, ifaçı indiyənədək həyatında ən çox sevdiyini çəxsin adını açıqlayıb.

48 yaşlı sənətçi 2002-ci ildə nişanlandığı və evlənməyə hazırlaşdığı aktyor Ben Aflekdən ayrılığın ona pis təsir etdiyini bildirib.

"Beni 2 il unuda bilmədim" deyənCey Lo əziyyət çəkidiyini vədepresiyaya düşdüyünü vurğulayıb.

Qeyd edək ki, ikili "Gigle" filminə birgə çəkilib. Eyni zamanda Aflek Lopezin" Jenny from the Block" mahnısının klipində də rol alıb.