Aktyor Serdar Gökhan ötən gün özündən 33 yaş kiçik xanımı Şükran Gökhanla ticarət mərkəzlərindən birində görüntülənib.

Unikal.org bildirir ki, Şükran kameraları görər-görməz ərindən aralanmağa başlayıb.

Xanımının bu hərəkətini anlamayan Serdar "Hara gedirsən, arvadım deyilsən? Gəl yanıma" deyib.

Qeyd edək ki, hazırda 71 yaşı olan Serdarla 38 yaşlı Şükran 2004-cü ildə ailə qurublar. Cütlüyün bir oğlu var.