"Muğam dünyası" adlı layihəsi çərçivəsində BDU-da Milli ahəngimiz adlı konsert proqramı  təşkil olunub.

Unikal.org xəbər verir ki, Bakı Dövlət Universiteti Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Daşqın Qənbərov "Muğam Dünyası" layihəsinin təşəbbüsükarlarını salamladı tədbirini yüksək qiymətləndirildiyini vurğulayıb. Azərbaycanda dövlət müstəqilliyinin bərpasından sonra, xüsusən 1993-cü il iyunun 15-də görkəmli dövlət xadimi Heydər Əliyevin respublikamızda siyasi rəhbərliyə qayıdışı ilə milli-mənəvi dəyərlərin dirçəlişinə, iqtisadiyyatın, sosial sahələrin inkişafına güclü stimul verildiyini diqqətə çatdırıb.

"Muğam Dünyası" sosial şəbəkəsinin təşəbbüskarı, layihə rəhbəri Nicat Müslümov çıxış edərək qeyd edib ki, Ümummilli lider Heydər Əliyev daim musiqi, balet, teatr, kino sahəsində uğur qazanan istedadların ölkədən kənarda tanınması üçün məqsədyönlü tədbirlər həyata keçirirdi. Tanınmış sənət adamlarının tarixi yubileyləri təntənəli gecələr də milli mədəniyyətimizin tarixinə yazılan uğurlu hadisələr sırasına daxil olub. Ümummilli liderin davamçısı Prezident İlham Əliyev  və Birinci vitse-prezident Mehriban xanım Əliyeva Azərbaycan musiqisinə çox yüksək dəyər verir, o cümlədən muğam sənətinin dünya miqyasında tanınmasında mühüm rol oynayır. 

"Muğam Dünyası" sosial şəbəkəsinin təşəbbüskarı, layihə rəhbərinin müavini Leyli Hüseynova çıxış edərək qeyd edib ki, - Bu ilin iyulun 2-də Azərbaycanda sosial şəbəkələrdə "Muğam Dünyası" qrupunu yaratdıq. Bir neçə dostlarla elə yarandığı gündən fəaliyyətə başladıq. Niyyətimiz Azərbaycanda və Azərbaycandan kənarda olan muğamsevərləri bir araya gətirməkdir. 

Muğam Dünyası" , layihəsinin Koordinatoru Günel Quliyeva Biz də özümüzə bir azərbaycanlı gənci kimi borc bilib könüllü olaraq "Muğam Dünyası" qrupunu yaratdıq ki, muğamımızı nəinki Azərbaycanda, ölkəmizdən kənarda təbliğ edək. 31.000 min üzvü "Muğam Dünyası" qrupunu sosial şəbəkədən izləyən var. 

Tədbirdə incəsənət ustaları Rəqsanə Əsədova, Gülər Babayeva, Ceyhun Qənbərov, Elşən Məmmədov, Vokalist Günel Həsənzadə, Asim Abbasov, Nərgiz Məmmədova, Pionist Rəhimə Qurbanova, Polad Heydərov, Kanon Zinyət Rəhimli, Tar Faiq Yusifli, Kamanca Ilqar Kərimov .Nagara Rafiq Fuadoğlu ,Anar Vəlizadə , Xəqani Niftəliyev , Xaliq Şərifov ,Eldəniz Əsədov müxtəlif Vətənə, Sülhə, Anaya. Mahnilar oxundu,. tədbir münasibətilə keçirilən tədbiri rəngarəng konsert proqramı ilə davam etdiriblər.