Kökəlib-arıqlaması ilə hər zaman diqqət çəkən Sibel Canın sirri bəlli olub. 

Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, məşhur müğənninin necə arıqladığı ortaya çıxıb. 

Sibel Canın üç aydır ki, məşhurların dietoloqu Şeyda Coşkun ilə birlikdə çalışdığı öyrənilib. 

Üç ayda 10 kilo çəki atan və arıqlamağa davam edən müğənni  həftədə 4 dəfə Şeyda Coşkun hazırladığı yeməkləri yeyir, bir saat qaçır və üzgüçülüklə məşğul olur.

Sibel Can xüsusilə "tərəvəz salatlarına üstünlük verir. İllərdir artıq çəkisi ilə mübarizə aparan müğənninin diyetində tərəvəz və meyvələrdən hazırlanan içkilər də var. O, daha 7 kq da arıqlamağı planlaşdırır.