Mənzillərin birində güclü yanğın olub. Hadisə Rusiyanın Anadır şəhərində baş verib. Yanğın nəticəsində mənzildə olan 7 nəfər xəsarət alıb.

Unikal.org Rusiya mətbuatına istinadən xəbər verir ki, xəsarət alanların arasında 1 qadın və 2 uşaq da var. Onlar ağır vəziyyətdə xəstəxanaya yerləşdiriliblər.

Rusiyanın İK istintaq idarəsinin mətbuat xidmətinin bildirdiyinə görə, faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.