Özcan Dənizin hamilə sevgilisi Feyza Aktan "Öteki taraf" filmindəki öpüşmə səhnələrini izlədikdən sonra onunla dalaşıb.

Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, sənətçi açıqlamasında sevgilisinin hamilə olduğu üçün belə bir reaksiya verdiyini söyləyib:

"Feyza hamilə olduğu üçün həssasdır. Onu bunun bir iş olduğuna inandıra bilmirəm.

Qeyd edək ki, baş rollarında Özcan Dəniz, Məryəm Üzərli və Aslı Enverin çəkildiyi "Öteki taraf" filmi cəsur səhnələri ilə diqqət çəkib.