Aktrisa Pərvin Abıyeva türkiyəli müğənni Rafet El Romanla sevgili olması ilə bağlı yayılan iddialara cavab verib.

Unikal.org-un məlumatına görə, Türkiyə telekanallarından birində yayımlanan "Canlı masa verilişinə telefonla zəng edib.

Müğənni Rafet El Romanla bağlı yayılan məlumatın əsassız olduğunu vurğulayıb.

"May ayından bəri Rafetlə görüşürük. Lakin bu sadəcə klip çəkilişləri ilə bağlıdır. Müğənni ilə iki gün əvvəl restoranda görüşmüşəm. Hazırda Azərbaycandayam. Rafetlə seriala çəkilmək planım da var. Bu barədə onunla da danışmışam.