Çində ağır yol-nəqliyyat hadisəsi nəticəsində 18 nəfər ölüb, 21 nəfər xəsarət alıb.

Unikal.org-un NDTV-yə istinadən verdiyi məlumata görə, hadisə Anhoy əyalətində baş verib.
Qəza zamanı 30 avtomobil toqquşub. Bir neçə avtomobil yanıb.

Ehtimala görə, qəzaya səbəb qatı duman olub.