Bakıda “Lexus” yolu keçən piyadanı vuraraq öldürdü Rafiq Xudiyev SAXLANILDI

18 Noyabr 2017 [12:27]


Bakıda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Unikal.org-a verilən məlumata görə, noyabrın 17-də saat 22.00 radələrində Xətai rayonunun Telnov küçəsində müəyyən edilməmiş avtomobillə yolu keçən Bakı şəhər sakini Mehdi Daşdəmirov vurulub.

Nəticədə M.Daşdəmirov hadisə yerində ölüb.

Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən "Lexus” markalı avtomobilin sürücüsü, paytaxt sakini Rafiq Xudiyev saxlanılıb.









SON XƏBƏRLƏR davamı
2017-12-12
2017-12-11










SORĞU
Azərbaycanda internetin keyfiyyətindən razısınızmı?

Bəli (8.94%)
Xeyir (91.06%)