Mərkəzi Bank uçot dərəcəsini niyə azaltmır?

07 Dekabr 2017 [10:02]


Xəbər verdiyimiz kimi, Mərkəzi Bankın İdarə Heyəti 14 sentyabr 2016-cı il tarixindən likvidlik əməliyyatları üzrə faiz dəhlizinin aşağı həddini 12%, yuxarı həddini 18%, uçot dərəcəsini isə 15% səviyyəsinə qaldırmaq barədə qərar qəbul edib.

Unikal.org xəbər verir ki, Azərbaycanın İqtisadi və Sosial İnkişaf Mərkəzinin (İSİM) rəhbəri Vüqar Bayramov Mərkəzi Bankın uçot dərəcəsinin 15 faizdə saxlamasından narazı olduğunu dilə gətirib:

"Mərkəzi Bank bir rəqəmli infilyasiya hədəfləsə də uçot stavkasını 15 faiz olaraq saxlamaqdadır. Müqayisə üçün qeyd edək ki, uçot stavkası Gürcüstanda 7, Moldovada 8, Rusiyada 9, Qazaxıstanda 10.5, Belarusda 12 faizdir. Bütövlükdə MDB-də yalnız Tacikstanda uçot stavkası bizdən 1 faiz çoxdur, digər bütün dövlətlərdə daha aşağı dərəcələr tətbiq edilir. Depozit faizlərinin kəskin azaldığını, aşağı səviyyəli infilyasiyanın hədəfləndiyini, hətta depozit hərraclarında da faizin aşağı düşdüyünü nəzərə aldıqda Azərbaycan Mərkəzi Bankının yüksək stavkaya üstünlük verməsinin səbəblərini izah etmək çətindir. Əslində, baş bank konservativ bahalı siyasətdən daha yumşaq monetar siyasətə keçid etməlidir".

FOTOQALERIYA












SON XƏBƏRLƏR davamı
2017-12-12
2017-12-11










SORĞU
Azərbaycanda internetin keyfiyyətindən razısınızmı?

Bəli (8.94%)
Xeyir (91.06%)