Türkan Şorayın qızı Yağmur Ünal sevgilisi ilə görüntülənib. Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, Türkan Şorayın qızı aktyor Görküm Sevindiklə gecə saatlarında kafelərdən birindən çıxarkən görüntülənib 

Yağmur ondan bir yaş balaca olan Görkümlə kafedən çıxarkən paparazzilərin kameralarına tuş gəlib. Yanlarında bir qadının da olduğu cütlük jurnalistləri görəndə təəccüblənib. Özünü itirən cütlük suallara "Bizi tutdunuz... Danışmağa ehtiyac yoxdur" deyə cavab verib. Daha sonra onlar həmin məkandan uzaqlaşıblar.