SON XƏBƏRLƏR
20 Iyul 2018
24 mindən çox avtomobili geri çağırıldı - texniki qüsurları VAR...
DÜNYA 23:46 / 11.12.2017

"Nissan" şirkəti Rusiyada 24 mindən çox avtomobili geri çağırıb.

Unikal.org-un məlumatına görə, qərar avtomobillərdəki naqillərdə qeydə alınan texniki qüsurlarla və təhlükəsizlik yastıqlarının düzgün işləməməsi ilə əlaqədardır.

Şirkətin yaydığı məlumatda qeyd olunur ki, geri çağırılma 2015-ci ilin sentyabrından 2016-cı ilin iyulunadək satılmış "Qashqai" və 2005-ci ilin avqust ayından 2007-ci ilin yanvarınadək satılmış digər modellərə şamil olunur.

Bu avtomobillərdə təmir işləri avtomobil sahibləri üçün ödənişsiz həyata keçiriləcək.