Bakıda orta yaşlı kişinin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

Unikal.org report-a istinadən xəbər verir ki, hadisə Sabunçu rayonunda baş verib.

Belə ki, Zabrat qəsəbəsində yolu keçən 1976-ci il təvəllüdlü Abbasov Qafar Əlipənah oğlunu minik avtomobili vurub. Nəticədə o, xəsarət alıb.

Yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.