Daha çox Fredo Santana ləqəbi ilə tanınan amerikalı reper Derrik Koulmen 27 yaşında dünyasını dəyişib.

Unikal.org xarici mediaya istinadən xəbər verir ki, bu barədə reperin yaxın dostu Maks Krim məlumat yayıb. Derrikin ölüm səbəbi bilinmir.

Qeyd edək ki, Derrik Koulmen "Glory Boyz Entertainmentin vitse-prezidenti, musiqiçi Chief Keefin əmisi oğludur.