Türkiyə polisi Antaliya şəhərində 32 məkanda fahişəliyə qarşı əməliyyat təşkil edib. Əməliyyat zamanı 35 nəfər saxlanılıb.

Bunlardan ikisi türk vətəndaşıdır. Məlum olub ki, fahişəliyə cəlb etməkdə məmurların da əli olub. 

Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, saxlanılanlar içərisində azərbaycanlılar da var.
Belə ki, aralarında ədliyyə, vergi, təhlükəsizlik, gözətçi və elektrik şirkəti işçisinin də olduğu 9 dövlət vəzifəli şəxs tutulub. Ümumilikdə isə 2-i Türk, Özbəkistan, Qazaxıstan, Azərbaycan, rus əsilli 23 qadın nəzarətə alınıb.

Qeyd edək ki, 3 gün əvvəl 22 ev və 10 otelə polsi tərəfindən basqın edilib.