SON XƏBƏRLƏR
25 Fevral 2018
Məktəbdə intim videosu yayılan şagird sabiq nazirin nəvəsi imiş (FOTO)
CƏMİYYƏT 19:10 / 10.02.2018
Xəbər verdiyimiz kimi, Bakı şəhərindəki 132-134 saylı Təhsil Kompleksində 11-ci sinifdə oxuyan R. C 2017-ci il dekabr ayının 10-da onunla eyni məktəbin 7-ci sinfində oxuyan qızla idman zalının soyunub-geyinmə otağında cinsi əlaqədə olub və bunu telefona çəkərək sosial şəbəkələrdə yayıb.

Unikal.org-un "Virtualaz.org”a istinadən verdiyi məlumata görə, 7-ci sinif şagirdinə qarşı seksual xarakterli zorakılıq hərəkətləri edən 11-ci sinif şagirdi Azərbaycanın sabiq müdafiə naziri Dadaş Rzayevin nəvəsidir.

Qeyd edək ki, baş vermiş hadisə ilə bağlı aidiyyatlı orqanlara şikayət daxil olub və Bakı şəhər prokurorluğunda cinayət məcəlləsinin 150-ci (Seksual xarakterli zorakılıq hərəkətləri etmə) maddəsi ilə cinayət işi başlanıb. Səbayıl rayon məhkəməsinin qərarı ilə R.C barəsində həbs qətimkan tədbiri seçilib.