SON XƏBƏRLƏR
17 Avqust 2018
16 Avqust 2018
AAAF-da növbəti dopinq QALMAQALI: Gizlətmək istəyirlər (FOTO)
İDMAN 13:32 / 21.02.2018
Azərbaycan Ağır Atletika Federasiyasında növbəti dəfə dopinq qalmaqalı baş verib.

Rövşən Fətullayevdən sonra gənclərin milli komandasının üzvü İsa Rüstəmovun qanında qadağan olunmuş maddə aşkarlanıb.

Unikal.org-un əldə etdiyi məlumata görə, Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) tərəfindən gənc atlet test edilib və onun qadağan olunmuş maddə istifadə etdiyi təsdiqlənib.

Məlumatda bildirilir ki, İ.Rüstəmov sonuncu Avropa çempionatından sonra dopinqdə ilişib. Federasiya daxilindən verilən məlumata görə, gənc atletin qanında dopinq tapılması nədənsə AAAF tərəfindən gizli saxlanılmağa çalışılır.

Aygün İlqarqızı