Ayaqları ilə maşın qaldırır, hələ bu azmış kimi uzandığı yerdə ştanqla idman edir...

Unikal.org Xezerxeber.az-a istinadən məlumat verir ki, qazaxlı pəhləvan İsrafil Məmmədov bacarığı ilə hər kəsi heyran edir.

Pəhləvan həmçinin tələbələri olan oğlu, 8 yaşlı Məhəmmədəli Məmmədzadə və 14 yaşlı qardaşı oğlu Nurlan Məmmədzadə ilə Gürcüstanda keçirilən ağırlıqqaldırma üzrə Avrasiya çempionatında bütün rəqiblərini qabaqlayaraq turnirin qızıl medalını qazanıblar. Pəhləvan Məmmədovlar bu uğuru 15-dən çox ölkənin pəhləvanlarının qatıldığı yarışda əldə ediblər.

Amma pəhləvanlarımız üçün turnir elə də asan keçməyib. Yarışda Avropa və Asiyanın bir neçə ölkəsindən güclü idmançılar təmsil olunub ki, bu da qələbənin qazanılmasını olduqca çətinləşdirib.

İsrafil Məmmədovun yetirmələri bundan əlavə bir neçə yerli və beynəlxalq turnirlərin qalibi olublar. 30 ildən çoxdur ağırılıqqaldırma üzrə məşğul olan pəhləvan ağırtonnajlı avtomobilləri cüssəsi ilə çəkməklə tanınır. Pəhləvanın növbəti hədəfi avtomobili kürəyi ilə qaldırmaqdır.