"Muhteşem Yüzyıl" serialında "Behram Paşa" obrazını canlandıran aktyor Adnan Koç həbs olunub.

Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, buna aktyorun narkotikdən istifadə etməsi səbəb olub.

Belə ki, İstanbul Narkotiklərlə Mübarizə İdarəsi sənətçini narkotikdən istifadə üçün başqalarını yerlə təmin etmək və narkotik ticarəti ilə məşğul olmaq səbəbilə izləməyə alıb.

İstanbulun İçerenköy ərazisində kafelərin birində olan Adnan narkotik vasitəni təmin edən və satışını həyata keçirən Sinan B adlı şəxslə birgə həbs edilib.