"Doctor Web antivirus laboratoriyasının mütəxəssisləri Çində istehsal olunan 45 "Android smartfonunun zavoddan gəlmə proqram təminatında viruslar aşkarlayıb.

Unikal.org xəbər verir ki, bu barədə "Newsru.com məlumat yayıb.
"İstifadəçilər bildiriblər ki, bizim antivirus onların yeni telefonlarında zərərli proqram təminatı aşkarlayıb. Aparılan təhlillərdən sonra, aydın oldu ki, zərərli proqram elə telefonun daxili sistemində yerləşir, ora kənardan hər hansı virus daxil ola bilməz;böyük ehtimalla elə istehsal prosesində bu virusu ora daxil ediblər deyə şirkətin baş direktoru Boris Şarov bildirib.
Onun sözlərinə görə, ziyanlı proqram təminatı"Androidəməliyyat sistemi ilə çalışan 45 modeldə aşkarlanıb. Söhbət əsasən "Leagoo, "Zopo Speed 7 Plus, "UHANS A101, "Doogee, "Umi London, "Tesla SP6.2, "Haier T51, "Cherry Mobile Flare adlı Çin telefonlarından gedir.
Məlumata görə, bu telefonların proqram təminatındaolan qabaqcadan quraşdırılmışvirus, istifadəçilərin şəxsi məlumatlarını uzun çoxsaylıserverlərə göndərə bilir.