Sinan Akçılın aparıcısı olduğu musiqi verilişinin bu həftəki qonaqları Alişan və Seda Sayan olub. Nişanlısı Buse Varolla evlənəcəyi günü gözləyən Alişan, "İnşallah son 10 ilin ən böyük toyunu keçirəcəyik deyib.

Unikal.org Türkiyə mətbuatına istinadən bildirir ki, Alişan Seda Sayana böyük dəyər verdiyini də açıqlayıb:

"1996-cı ildə ilk dəfə Seda Sayanın verilişində qonaq olmuşdum. İndi isə toy günümdə o səhnəyə çıxacaq. İnşallah oğlum olarsa onun sünnət toyunda o səhnədə olacaq". 

Seda Sayan isə Alişana "İnşallah, sən daha uşaqsan deyə zarafatyana cavab verib .

Bundan başqa verilişin aparıcı Akçıl hazırda Türkiyə musiqisinin gələcəkdə imperatorunun kim olacağı barədə fikirlərini bildirib. O, əlavə edib ki, İbrahim Tatlısesdən sonra Türk musiqisinin ipmeratoru Alişandır.