Braziliyanın sabiq prezidenti Luis İnasiu Lula da Silva həbs cəzasını çəkmək üçün şənbə günü axşam təyyarə ilə Kuritiba şəhərinə aparılıb.

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, sabiq prezidentin həbsinə etiraz edənlərlə federal polis qüvvələri arasında baş verən toqquşmada 8 nəfər yaralanıb.

2003-2011-ci illərdə Braziliya prezidenti olan Luis İnasio Lula Da Silva korrupsiyada təqsirləndirilir.