Görkəmli sovet və gürcü aktrisası, kinorejissor Leyla Abaşidze Tbilisidə 89 yaşında vəfat edib.

Unikal.org "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Mədəniyyət Palatasından jurnalistlərə məlumat verilib.

Məlumata görə, artist ağır xəstəlikdən dünyasını dəyişib. O, son vaxtlar xəstəxanada müalicə olunub.