ABŞ "USS Harry Truman" aviadaşıyıcısını və 7 savaş gəmisini Aralıq dənizinə göndərir.

Unikal.org "Anadolu"ya istinadən xəbər verir ki, ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus gəmilər aprelin 11-də döyüş təyyarələri iləVirciniya ştatındakı Norfolk hərbi dəniz bazasından Avropa və Yaxın Şərqdə yerləşdirilməsi üçün yola düşəcək.

Məlumata görə, "USS Harry Truman" aviadaşıyıcısını "USS Normandy" kreyseri, "USS Arleigh Burke", "USS Bulkeley", "USS Forrest Sherman" və "USS Farragut" destroyerləri müşayiət edəcəklər. "USS Jason Dunham" ve "USS The Sullivans" destroyerləri isə gəmi karvanına daha sonra qatılacaq. Gəmilərin göyərtəsində, ümumilikdə, 6500 heyət üzvü olacaq.

Bundan başqa, ABŞ gəmilərini bir müddətAlmaniya Hərbi Dəniz Qüvvələrinə məxsus "FGS Hessen" freqatı da müşayiət edəcək.