Azərbaycan Premyer Liqasının 23-cü turunda "Kəpəz "Qarabağı qəbul edir.

Unikal.org xəbər verir ki, Gəncə şəhər stadionunda keçirilən matçın 23-cü dəqiqəsində hesab açılıb. Ağdam təmsilçisinin hücumçusu Ramil Şeydayev "köhlən atları hesabda irəli çıxarıb. Bu, millimizin üzvünün "Qarabağda ilk qoludu.

Xatırladaq ki, "Qarabağ Ramili mövsümün əvvəlində "Trabzonspordan icarəyə götürüb.

Hazırda ilk hissəsi oynanılan qarşılamada qonaqlar 1:0 hesabıyla irəlidədi.