Hazırda "Star TV"-də yayımlanan "Ufak Tefek Cinayetler" serialında Oya xarakterini canlandıran aktrisa Gökçe Bahadır hesabında yeni video yerləşdirib.

Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktrisa serialı üçün mikrofon arxasına keçib.

O, Levent Yükselin "Medcezir" mahnısını ifa edib. Gökçe paylaşdığı videonun altına yazıb:

"Çox həyəcanlıyam. Serial üçün sevdiyim ilk mahnı. Bu eşitdiyiniz sadəcə məşqdir. Əsl videonu ekran işində izləyəcəksiniz".

Bahadırın ifası izləyicilər tərərəfindən bəyənilib və "like" yağmuruna tutulub.