Quba rayonu, Alpan kəndində ümumi sahəsi 70 m2 olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları yanıb.

Unikal.org FHN-in saytına istinadən verdiyi xəbərə görə, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

Bakı şəhəri, Sabunçu rayonunda isə ikimərtəbəli, kommunal tipli yaşayış binasının ümumi sahəsi 35 m2 olan zirzəmisində yığılmış ev əşyaları 20 m2 sahədə yanıb. Binanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.