"O başdannan" verilişinin qonağı olan aktyor Müşviq Şahverdiyev  İzzət Bağırovla bağlı maraqlı fikir səsləndirib. 

Unikal.org xəbər verir ki, aktyor müğəninin ssəi ilə bağlı yayılan iddialaradan danışıb:

"İzzətlə bağlı həmişə şayiə gəzib ki, ömür boyu oxuya bilməyib. Onun səsini kompüterdə montajla düzəliblər".

Yumor ustasının sözlərinə İzzət Bağırovdan da cavab gecikməyib. O bildirib ki, Müşviq onun hesabına məşhurlarıb:

"Mənim çörəyimi yeyirsən. 1996-cı ildə məni parodiya etməklə "tutuzdurmusan". Mənim hesabıma qabağa getdin. Müşviq mənim ən böyük fanatımdır. 1996-cı ildə oxuduğum mahnıları da bilir".