Ermənistanın tanınmış idmançıları da müxalifətin etiraz aksiyasına qoşulublar.

Unikal.org  Ermənistan KİV-inə istinadən xəbər verir ki, onların arasında olimpiya, dünya çempionları da var.

İdmançılar Ermənistan Olimpiya Komitəsinin binası qarşısından etirazçıların yürüşünə qatılıblar.

Qeyd edək ki, Ermənistanın idman və gənclərlə iş üzrə nazirinin səlahiyyətlərini icra edən Qraçya Rostomyan aprelin 25-də istefa verib.