22 Oktyabr 2018
21 Oktyabr 2018
“Oyuq”dan bayram konserti
MƏDƏNİYYƏT-ŞOU 16:25 / 25.05.2018

Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı özünün maarifləndirmə, yetişən nəsillərin milli dövlətçilik ruhunda tərbiyəsi missiyasını da uğurla davam etdirməkdədir. 

Tetatrdan unikal.org-a verilən məlumata görə, teatrın nəzdindəki "Oyuq” teatr-studiyasının balaca yetirmələri xalqımızın iki şanlı təqvim gününü - 28 may – Respublika Günü və Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyini möhtəşəm konsert proqramı ilə qeyd edəcək.

Iki əzəmətli tarixi yetişən nəsillərin yaddaşında möhkəmləndirmək, həmyaşıdları ilə birlikdə bayram ovqatına köklənmək istəyən istedadlı "Oyuq”çular "Ey şanlı Azərbaycan!” adlı konsert proqramı ilə bu günü həm özləri, həm də paytaxt sakinləri üçün yaddaqalan etmək üçün zəngin proqram hazırlayıblar.

Teatrın Dənizkənarı Bulvar İdarəsi ilə birgə reallaşdırdığı bu konsert proqramı 28 may (saat 16:00) Dənizkənarı Milli Park ərazisində, Kukla Teatrının yanındakı geniş meydanda baş tutacaq.

Studiya fəallarının ifasında rəngarəng konsert proqramı və səhnəcikləri izləmək istəyən hər kəs tədbirdə iştirak edə bilər.