"Game of Thrones" ( Taxt oyunları ) serialının aktyoru Thor Bjornsson paylaşımına görə ələ salınıb.

Unikal.org xarici mətbuata istinadla bildirir ki, aktyorun sevgilisi ilə birlikdə çəkdirdiyi şəkillər sosial şəbəkədə "trollanıb".

İzləyicilər aktyorun sevgilisinin ondan boyca balaca olduğuna işarə edərək cütlüyütəhqir ediblər. Fotolara "yarın boydadır", "ayağın boydadır", "yaraşmırsınız" kimi şərhlər yazılıb.

Aktyor isə onu tənqid edənlərə səslənərək klaviatura arxasında cəsarətli olmağa deyil, bacarsalar, söyüşləri onun üzünə deməyə çağırıb.

"Real həyatda qarşıma çıxıb məni təhqir edən olmayıb. Amma sosial şəbəkələrdə məni təhqir edirlər. Siz sadəcə "klaviatura şir"lərisiniz. Bununla əlinizə nə keçir? Sözünüz varsa üzümə deyin".