Samoada əsrlərdir davam edən qəribə ənənə dünyanın gündəmindən düşmək bilmir. Həmin ənənəyə görə, qız uşaqlarının az olduğu ailələr oğlan uşaqları arasından birini seçərək ev işlərinə kömək məqsədilə qız kimi böyüdürlər.

Unikal.org teleqraf-a istinadən bildirir ki,Samoada onları "Faafafine" adlandırırlar.

Samoada "Faafafine" üçüncü cins deməkdir. Onlar cinsiyyət orqanları da daxil olmaqla, bütün bədənlərinə tatu edir və onların qadınlarla evlənməsi qadağandır. Evlənmək istəsələr belə onlara qız vermirlər.

"Faafafine"lər kişilərlə cinsi əlaqədə olur və qadın kimi davranırlar. Hətta, estetik əməliyyatlardan sonra cinsiyyətini dəyişərək qadın olanlar da çoxdur.

"Faafafine" bioloji olaraq kişi bədəninə sahib olsalar da, özlərini qadın kimi aparanlara deyirlər. Həmin kişilər üzərində ailələrin təzyiqi əsas rol oynayır.