"Maşın" realiti şousunun16-cı buraxılışı da başa çatıb.

Unikal.org-un məlumatına görə, 17 gündür 18 iştirakçı "Nissan" markalı avtomobil uğrunda mübarizə aparıb. Finala isə müğənni Roza Zərgərli, reper Uran və bloqqer Hüseyn Əzizoğlu qalıb.

Sonda Roza və Hüseyn arasında dava olur. Əsəbiləşərək maşından əlini götürən Hüseyn "Roza çox təsir göstərdi. Həm də fiziki təsir etdi. Əlimi çəkməyim də buna görə oldu" deyib. Murad Dadaşov qalibin Roza Zərgərli olduğunu elan edib.

Roza Zərgərli isə çıxışında bildirib ki, bu mübarizədə iki dəfə uduzub: "Burada sübut etdim ki, qadın güclü qüvvədir. Mən bu maşını Murad Dadaşova vermək istəyirəm. O, xeyriyyə məqsədi ilə istifadə edə bilər". 
Dadaşov isə "Şərtimiz budur ki, qalib avtomobili 1 il sata, heç yerə istifadə edə bilməz. İndi nə edəcəyimizi bilmirik. İlk dəfə insan avtomobil qazanıb, onu götürmür. Ən qısa zamanda bununla bağlı mətbuata açıqlama verəcəyik" deyib.