Xalq artisti Aygün Kazımova "5/5" verilişində maraqlı açıqlama verib. 

Unikal.org-un məlumatına görə, aparıcı Zaur Kamalın Kazımovaya "Xəyanət yaşamısınız? Heç intihara cəhd etmisiniz" suallarını ünvanlayıb. Xalq artisti isə belə cavab verib:

"Şou-biznesin şahmat taxtasında şaham, hamını mat edirəm. Ən çox sevgi xəyanəti görmüşəm. İntihara cəhd də etmişəm. Allah məni qurtardı, sevənlərimə bağışladı. Sevdim, xəyanət gördüm. Amma ona görə intihar etməyə dəyməzdi, sonra bildim".