Kişinyovda atışma olub. 

Unikal.org Rusiya mətbuatına istinadən xəbər verir ki, hadisə zamanı ölən və yaralananlar olub. Ölənlərdən biri Moldovanın Rusiyadakı sabiq səfiri Anatoli Tseranunun oğlu 30 yaşlı Teodor Tseranudur.

Teodor və digər şəxs arasında baş vermiş insident atışma baş verib. Hadisə yerinə cəlb olunan həkimlər Teodor Tseranunun bədənində 3 güllə yarası aşkarlayıb. İnsident baş verən yerdə 32 yaşlı kişi saxlanılıb.

Daha sonra saxlanılan şəxsin evində axtarış aparılıb. Axtarış zamanı dəmir seyfdə çoxlu sayda silah-sursat aşkarlanıb.