Rusiyada keçirilən dünya çempionatı davam edir. 

Unikal.org xəbər verir ki, bu gün 1/8 final mərhələsində meydana ilk olaraq meydan sahibi Rusiya yığması çıxıb. Şimal qonşularımız turnirin favoritlərindən olan İspaniya ilə üz-üzə gəlib. Matçın əsas və əlavə vaxtında qalib müəyyənləşməyib (1:1). Rusiya yığması penalti seriyasında İspaniyanı məğlub edərək ilk dəfə DÇ-nin 1/4 finalına yüksəlib.


Dünya çempionatı

1/8 final mərhələsi

1 iyul

İspaniya - Rusiya - 1:1 (əlavə vaxt, penalti seriyası)
Qollar: İqnaşeviç, 12 (avtoqol) - Zyuba, 41 (pen.)
Penalti seriyası: 3:4
Baş hakim: Byörn Kuypers (Hollandiya)
Moskva. "Lujniki stadionu