Roza Zərgərlinin "Maşın Şou"dan qazandığı avtomobili uşaqlar evinə bağışladığı iddia olunur. Bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

Məsələ ilə bağlı müğənninin özü ilə əlaqə saxladıq.Unikal.org-a danışan R.Zərgərli yaxın günlərdə maşının hansı istiqamətdəxeyriyyə məqsədiləistifadə olunacağının açıqlanacağını deyib:

"Avtomobil "M-Grup"un nəzərindədir. Murad Dadaşov maşının xeyriyyə məqsədi ilə hansı istiqamətdə istifadə edəcəcəklərini açıqlayacaq. Ola bilər maşın satılıb, pulu xəstə bir uşağın müalicəsi üçün xərclənsin, ya da ehtiyacı olan bir ailəyə bağışlana da bilər. Dəqiq məlumatım yoxdur".