Yaponiya ərazisində hökm sürən kəskin istilər 65 nəfərin canını alıb.

Unikal.org-un məlumatına görə, 22 mindən çox adam günvurma diaqnozu ilə xəstəxanalara müraciət edib.

İsti hava kütləsi artıq fasiləsiz olaraq 2 həftədir ki, Yaponiyada hökm sürür.

Maksimal hərarətin 41 dərəcəyə çatdığı bildirilir. Daha cox zərərçəkənlər isə Aiti, Osaka, Xyoqo, Tiba və Kioto prefekturalarındadır.