Bakıda və Sumqayıtda velosiped oğruları tutuldu.

DİN-dən Unikal.org-a verilən məlumata görə, Sumqayıt ŞPİ 1-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində iyulun 2-də və 8-də şəhər sakinlərinə məxsus 2 velosipedi oğurlamaqda şübhəli bilinən Corat qəsəbə sakini, əvvəllər məhkum olunmuş Teymur Fərəcov saxlanılıb.

Binəqədi RPİ 5-ci PB və Əlahiddə Çevik Polis Alayının əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində iyulun 27-də rayonun Ə.Naxçıvani küçəsindən velosiped oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Emin Salmanov saxlanılmışdır. Ətrafında aparılan əməliyyat tədbirləri ilə onun rayon ərazisindən daha 3 velosiped oğurlaması da müəyyən edilib.