19 Oktyabr 2018
18 Oktyabr 2018
“Mənim və övladımın xəstəliyi sağalan deyil" - Könül Xasıyeva
MƏDƏNİYYƏT-ŞOU 13:39 / 26.09.2018

"Borclar məni sıxır, banklar isə kredit vermirlər”.

Unikal.org xəbər verir ki, bunu "Report"a açıqlamasında xeyli müddətdir səhhətində ciddi problemlər yaranan xalq artisti Könül Xasıyeva deyib.

O bildirib ki, yay fəsli dövründə həm özünün, həm də oğlu Kazımın müalicəsi davam edib: "Mənim və övladımın xəstəliyi sağalan xəstəlik deyil. Amma həkimlər deyirlər ki, oğlum Kazımın xəstəliyi 18 yaşından sonra qismən sağala da, olduğu kimi qala da bilər. Səhhətimdə problem yaranmamışdan əvvəl fikirləşirdim ki, konsert verim. İndi vəziyyətim yaxşı deyil, özümə güvənim yoxdur. Maddi problemlər məni çox sıxır. İndi əsas problemim budur”.

Xalq artisti qeyd edib ki, dərs ilinin başlamasına baxmayaraq oğlu Kazım məktəbə gedə bilmir: "Çünki qəfildən çığırır, özündən asılı olmayaraq müxtəlif hərəkətlər edir. Sakitləşdirici dərmanlar veririk. Həmin dərmanlar onun yaşına uyğun deyil deyə pis təsir göstərir”.

Qeyd edək ki, xalq artisti Könül Xasıyeva sinir ağrılarından, oğlu Kazım isə Turetto sindromundan əziyyət çəkir. O, bir müddət əvvəl Respublika Klinik Xəstəxanasının Nevrologiya şöbəsində müalicə alıb və hazırda ev şəraitində müalicəsi davam edir.