15 Noyabr 2018
14 Noyabr 2018
“Qarabağ”ın rəsmisi futbolçusunun qəza törətməsindən XƏBƏRSİZDİR
İDMAN 11:13 / 19.10.2018
Xəbər verdiyimiz kimi, Suraxanı rayonu Bülbülə qəsəbəsi ərazisində "Qarabağ” futbol klubunun qapıçısı Hanner Haldorson idarə etdiyi 10 UC 909 nömrə nişanlı "Wolksfagen Tuareg” markalı avtomobillə Bakıda qəza törədib.

Məsələ ilə bağlı "Qarabağ” klubunun icraçı direktoru Emrah Çelikellə əlaqə saxladıq. Unikal.org-a danışan klub rəsmisi hadisədən xəbərsiz olduğunu deyib: 

"Bu barədə məlumatımız yoxdur. Amma qəzayla bağlı maraqlanacam”. 

Qeyd edək ki, qəza nəticəsində 1955-ci il təvəllüdlü Eyvazov Namiq Əbdüləzim oğlu hər iki ayağının sınığı diaqnozu ilə 3 saylı şəhər klinik xəstəxanasına çatdırılıb.

Aygün İlqarqızı