Prezident İlham Əliyev Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə Çili Respublikasının Xarici İşlər Nazirliyi arasında siyasi məsləhətləşmələr haqqında Anlaşma Memorandumunun təsdiq edilməsi barədə fərman imzalayıb.

Unikal.org-un
məlumatına görə, sərəncamla Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə Çili Respublikasının Xarici İşlər Nazirliyi arasında siyasi məsləhətləşmələr haqqında 2018-ci il sentyabrın 13-də Santyaqo şəhərində imzalanmış Anlaşma Memorandumu təsdiq edilib.

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi bu fərmanın 1-ci hissəsində göstərilən Anlaşma Memorandumu qüvvəyə mindikdən sonra onun müddəalarının həyata keçirilməsini təmin etməli, Anlaşma Memorandumunun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Çili Respublikası Hökumətinə bildiriş göndərməlidir.