Koreya Xalq Demokratik Respublikasınövbəti dəfə dünyaya meydan oxuyub. Şimali Koreya sualtı gəmidən ballistik raketin sınağını keçirib.
Unikal.org-un məlumatına görə, bu barədə Cənubi Koreya hərbçilərinə istinadən "Yonhap agentliyi xəbər verib.
Cənubi Koreya silahlı qüvvələri qərargahının məlumatına görə, sınaqYapon dənizində- Şimali KoreyanınSinpxonlimanının yaxınlığında Xamqen-Namdo əyalətində keçirilib. Raketin işə salınmasının müvəffəqiyyətlə keçib-keçmədiyi və harada yerə endiyi haqda xəbər verilmir.

Hadisə Cənubi Koreya Müdafiə Nazirliyini də narahat edib. Nazirlik hərbçilərinin Koreya Xalq Demokratik Respublikasının hərəkətlərini izlədiyini bildirib. HəmçininCənubi Koreyasınaq raketinin hansı məsafəyə uçduğu və hara düşdüyündən də əmin deyil.